AZƏRBAYCAN ÇAYLARI
Rivers of AzerbaijanRivers of AzerbaijanRivers of Azerbaijan
RIVERS OF AZERBAIJAN      

HOME
 Uzunluq
  • 1000 km-dən yuxarı
  • 1000 km - 100 km
  • 100 km - 50 km
  • 50 km-dən aşağı
  •  Mənsəb
  • Xəzər dənizi
  • Kür çayı
  • Araz çayı
  • Quruyan çaylar
  • A|B|C|Ç|D|E|Ə|G|Ğ|H|X|I|İ|J|K|Q|L|M|N|O|Ö|P|R|S|Ş|T|U|Ü|V|Y|Z 
  • Arpaçay  
  • Bağırsaqdərəçay  
  • Bazarçay  
  • Çaylaqçay  
  • Araz çayının qolları
    irəli  next

    Arpaçay
    Arpaçay (Şərqi Arpaçay) Arazın sol qoludur. Ermənistandan və Naxçıvanın Şərur rayonundan axır. Uzunluğu 126 km, hövzəsinin sahəsi 2630 kvadrat km-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Vardanis dağından (3050 m) alır. Yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə edildiyindən yayda suyu Araza çatmır. Arpaçayından Sevan gölünə su axımaq məqsədi ilə 48,6 km uzunluğunda tunel çəkilib. Şərur rayonu ərazisində çayın üzərində su tutumu 180 mln. kub m olan su anbarı tikilir.

    Arpaçayın orta illik su sərfi 20 kub m/san-dir. Bunun 50%-i yazda, 25%-i yayda, 14%-i payızda, 11%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 2,38 kq/san, lillənməsi isə 120 q/kub m-dir.


    Bağirsaqdərəçay
    Bağırsaqdərəçay Arazın sol qoludur. Şərur rayonu ərazisindən axır. Uzunluğu 33km, hövzəsinin sahəsi 117 kvadrat km-dir. Başlanğıcını Ermənistan ərazisindən (1860 m) götürürdir. Suyunun çox hissəsini (70-80% ) yağış sularından alır.

    Suvarmada istifadə edilir.


    Bazarçay
    Bazarçay (Ermənistan ərazisində Vorotan adlanır) Arazın sol qoludur. Ermənistandan və Azərbaycanın Qubadlı, Zəngilan rayonlarından keçir. Uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 kvadrat km-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35% ) və yağışsuları (10%) təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir.

    Orta illik su sərfi 19,0 kub m/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/kub m-dir.

    Suvarmada istifadə edilir.


    Çaylaqçay
    Çaylaqçay Araz çayının sol qoludur, Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 km, hövzəsinin sahəsi 190 kvadrat km-dir. Başlanğıcını Kiçik Q.afqazın cənub ətəyindən (1750 m) alır. Axımı yağış .sularından əmələ gəlir.

    Çaylaqçaydan suvarma işlərində geniş. istifadə edildiyinə görə suyu mənsəbə çatmır.

    Tövsiyələrinizi Veb-Mastera yollayın