AZƏRBAYCAN ÇAYLARI
Rivers of AzerbaijanRivers of AzerbaijanRivers of Azerbaijan
RIVERS OF AZERBAIJAN      

HOME
 Uzunluq
  • 1000 km-dən yuxarı
  • 1000 km - 100 km
  • 100 km - 50 km
  • 50 km-dən aşağı
  •  Mənsəb
  • Xəzər dənizi
  • Kür çayı
  • Araz çayı
  • Quruyan çaylar
  • A|B|C|Ç|D|E|Ə|G|Ğ|H|X|I|İ|J|K|Q|L|M|N|O|Ö|P|R|S|Ş|T|U|Ü|V|Y|Z 
  • Ağsuçay  
  • Ayğçay  
  • Axincaçay  
  • Bala kür  
  • Uzunluğu 100 km-dən 50 km-ə qədər olan çaylar
    irəli  next 

    Ağsuçay
    Ağsuçay Kürün sol qoludur. Ağsu və Kürdəmir rayonlarının ərazisindən axıb süni kanal vasitəsilə Kürə tökülür. Uzunluğu 85 km, hövzəsinin sahəsi 572 kvadrat km-dir. Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından (2268m) başlayan bir çox bulaqların birləşməsindən əmələ gəlir. Yuxarı axınında Sulutçay adlanır.

    Axımı yeraltı (67%), qar (20%) və yağış (13%) sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir

    Orta illik su sərfi 1,7 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 3,08 kq/san, orta lillənməsi 2000 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500-700 mq/l minerallaşmaya malikdir.

    Suvarma işlərində istifadə edilir.


    Ayğçay
    Ağçay Quba və Xaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür. Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 kvadrat km-dir. Mənbəyi Yan silsiləsində Yarımyaylaq dağında 3780 m yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar və yeraltı sulardan əmələ gəlir.

    Orta illik su sərfi 0,60 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 0,24 kq/san, suyunun orta lillənməsi 429 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir. Suvarma işlərində istifadə edilir.


    Axincaçay
    Axıncaçay Kürün sağ qoludur. Suyu Tovuz rayonu ərazisində Axıncaçay su anbarına tökülür. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 kvadrat km-dir. Mənbəyini Kiçik Qafqazın şimal-şərq hissəsindən, Başkənd aşırımı yaxınlığından (1950 m) alır. Ermənistan ərazisində çaya sol tərəfdən Zamanlı (uzunluğu 12 km), Mehrab (uzunluğu 28 km), Tovuz rayonu ərazisində isə Əsrik (uzunluğu 48 km) çaylarının suları qovuşur.

    Çayın axımının 45%-i yağış, 25%-i qar, 30%-i isə yeraltı sulardan əmələ gəlir.

    Axıncaçayın orta illik su sərfi 7,3 kub m/san-dir. Axımın 56%-i yazda, 25%-i yayda, 11%-i payızda, 8%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,3kq/san, lillənməsi isə 41 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-400 mq/l minerallaşmaya malikdir.

    Ağdam kəndi yaxınlığında çayın yatağında su anbarı yaradılmışdır.


    Bala kür
    Bala kür çayı Salyan şəhəri yaxınlığında Kür çayından ayrılan qoldur. Uzunluğu 63 km-dir. Keçmişdə Bala kür çayı Qızılağac körfəzinin bir hissəsi olmuş Xurşudçalaya tbkülürdü. Sonralar Kürün səviyyəsi aşağı düşdüyündən bu çaya su axmamışdır. Hazırda Bala kür çayının yatağına nasosla su vurub, ondan suvarma kanalı kimi istifadə edilir.

    Tövsiyələrinizi Veb-Mastera yollayın