AZƏRBAYCAN ÇAYLARI
Rivers of AzerbaijanRivers of AzerbaijanRivers of Azerbaijan
RIVERS OF AZERBAIJAN      

HOME
 Uzunluq
  • 1000 km-dən yuxarı
  • 1000 km - 100 km
  • 100 km - 50 km
  • 50 km-dən aşağı
  •  Mənsəb
  • Xəzər dənizi
  • Kür çayı
  • Araz çayı
  • Quruyan çaylar
  • A|B|C|Ç|D|E|Ə|G|Ğ|H|X|I|İ|J|K|Q|L|M|N|O|Ö|P|R|S|Ş|T|U|Ü|V|Y|Z 
  • Ağstafaçay  
  • Arpaçay  
  • Bazarçay  
  • Bolqarçay  
  • Uzunluğu 1000 km-dən 100 km-ə qədər olan çaylar
    irəli  next 

    Ağstafaçay
    Ağstafaçay Kürün sağ qoludur. Əsasən Ermənistandan və Azərbaycanın Qazax rayonu ərazisindən keçir. Uzunluğu 133 km, hövzəsinin sahəsi 2500 kvadrat km-dir. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq hissəsində, Pəmbək sıra dağlarından (3000 m) alır. Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz fəslində qar və yağış suları çayda daşqınlar əmələ gətirir.

    Orta illik su sərfi 13,6 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 4,0 kq/san, orta lillənməsi 290 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir.

    Çayın yatağında həcmi 112 kub m olan su anbarı tikilmişdir. Qazax şəhəri üzərində yerləşir. Suvarma işlərində istifadə edilir.


    Arpaçay
    Arpaçay (Şərqi Arpaçay) sol qoludur. Ermənistandan və Naxçıvanın Şərur rayonundan axır. Uzunluğu 126 km, hövzəsinin sahəsi 2630 kvadrat km-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Vardanis dağından (3050 m) alır. Yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə edildiyindən yayda suyu Araza çatmır. Arpaçayından Sevan gölünə su axımaq məqsədi ilə 48,6 km uzunluğunda tunel çəkilib. Şərur rayonu ərazisində çayın üzərində su tutumu 180 mln. kub m olan su anbarı tikilir.

    Arpaçayın orta illik su sərfi 20 kub m/san-dir. Bunun 50%-i yazda, 25%-i yayda, 14%-i payızda, 11%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 2,38 kq/san, lillənməsi isə 120 q/kub m-dir.


    Bazarçay
    Bazarçay (Ermənistan ərazisində Vorotan adlanır.) Arazın sol qoludur. Ermənistandan və Azərbaycanın Qubadlı, Zəngilan rayonlarından keçir. Uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 kvadrat km-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35% ) və yağışsuları (10%) təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir.

    Orta illik su sərfi 19,0 kub m/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/kub m-dir.

    Suvarmada istifadə edilir.


    Bolqarçay
    Bolqarçay Biləsuvar rayonu ərazisindən axıb Bolqarçay su anbarına tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 kvadrat km-dir. Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar kəndinə qədər məsafədə Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edir. Çayın illik axımının 90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə quruyur.

    Muğan düzünün suvarılmasında Bolqarçayın müstəsna əhəmiyyəti var.

    Tövsiyələrinizi Veb-Mastera yollayın