|
Acidərəçay
Acıdərəçay Pirsaatçayın sol qoludur. Şamaxı rayonundan axır. Uzunluğu 23 km-dir. Sündü kəndi yaxınlığından başlanır. Əsasən, bulaq yağış suları ilə qidalanır. Yay quraqlıq keçəndə suyu azalır və şorlaşır. Buna görə də çaya Acıdər adlanır. Güclü yağışlardan sonra sel olur.
Aciçay
Acıçay Kürmük çayından ayrılan qol, Qanıx ( Alazan ) çayına tökülür. Qax rayonundan axır. Uzunluğu 27 km-dir.
Suvarmada istifadə edilir.
Ağsuçay
Ağsuçay Kürəkçayın sağ qoludur. Xanlar rayonu ərazisindən axır. Uzunluğu 15 km, hövzəsinin sahəsi 36 kvadrat km-dir. Başlanğıcını Kəpəzdağının 2180 m yüksəkliyindən alır.
1139-ci ildə dəhşətli zəlzələ Kəpəz dağının bir hissəsi uçaraq çayın qarşısını kəsmiş, nəticədə Göy göl, Maral göl, Zəli göl və bir neçə kiçik gölün əmələ gəlməsinə səbəb olmuşdur. Ağsuçay hazırda Göy gölə tökülür və ondan axır. Çayın Göy gölə qədər olan hissəsi - Yuxarı Ağsuçay, göldən başlanan hissəsi -Aşağı Ağsuçay adlanır. Suyunu qar, yeraltı və qismən də yağış sularından alır.
Ağsuçaydan Gəncə şəhərinə su kəməri çəkilmiş, üzərində HES tikilmişdir.
Ağsuçay
Ağsuçay Həkəri çayının sağ qoludur. Laçın rayonu ərazisindən axır. Uzunluğu 25 km, hövzəsinin sahəsi 88 kvadrat km-dir. Mənbəyi Qarabağ silsiləsində, 2050 m yüksəklikdə yerləşir. Axımı əsasən qar və yeraltı sulardan əmələ gəlir.
Suvarma işlərində istifadə edilir.
|