|
Axuraçay
Axuraçay Arpaçayın sol qoludur. Şərur rayonundan axır. Uzunluğu 25 km, hövzəsinin sahəsi 122 kvadrat km-dir. Mənbəyi Keçəltəpə dağında, 2460 m yüksəklikdə yerləşir. Axura adını Qabaxlı və Avuş çayları qovuşandan sonra almışdır. Suyunun çox hissəsini qar və yeraltı sular təşkil edir. Çayda tez-tez güclü sel hadisələri baş verir. Suyundan suvarmada geniş istifadə edildiyindən mənsəbə gəlib çatmır.
Bala kür
Bala kür çayı Salyan şəhəri yaxınlığında Kür çayından ayrılan qoldur. Uzunluğu 63 km-dir. Keçmişdə Bala kür çayı Qızılağac körfəzinin bir hissəsi olmuş Xurşudçalaya tbkülürdü. Sonralar Kürün səviyyəsi aşağı düşdüyündən bu çaya su axmamışdır. Hazırda Bala kür çayının yatağına nasosla su vurub, ondan suvarma kanalı kimi istifadə edilir.
Bolqarçay
Bolqarçay Biləsuvar rayonu ərazisindən axıb Bolqarçay su anbarına
tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 kvadrat km-dir.
Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal
yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar
kəndinə qədər məsafədə Azərbaycanla İran arasında
dövlət sərhədini təşkil edir. Çayın illik axımının
90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında
yağan yağışlar çayda böyük daşqınlar əmələ
gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə
isə quruyur.
Muğan düzünün suvarılmasında Bolqarçayın
müstəsna əhəmiyyəti var.
Ceyrankeçməzçay
Ceyrankeçməzçay Şamaxı rayonu və Sumqayıt Şəhər Sovetliyi
ərazisindən axır. Uzunluğu 100 km, hövzəsi-nin sahəsi 896 kvadrat km-dir.
Başlanğıcını Böyük Qafqaz silsiləsinin çənub-şərq
qurtaracağından alaraq Duvannı stansiyası yaxınlığında
Xəzər dənizinə tökülür. heç bir qol qəbul etmir. Çayın
axımı əsasən yağış sularından əmələ gəlir. Daimi
axara malik deyildir.
|