Kür çayı
Kür çayı Qafqazda ən böyük çaydır. Uzunluğu 1515 km, hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Başlanğıcını Qızılgədik dağının (Türkiyədə) şimal-şərq yamacından (2740 m) alır. Kür çayı Türkiyə ərazisin-də 200 km, Kürcüstan ərazisində 335 km, Azərbaycan ərazisində isə 980 km məsafədən axaraq Xəzər dənizinə tökülür. Kür çayını axım istiqamətində bir-birindən fərqlənən üç hissəyə bölmək olar:
- Yuxarı hissə - mənbəyindən Borjomi dərəsinə qədər.
- Orta hissə - Borjomi dərəsindən Minkəçevirə qədər.
- Aşağı hissə - Minkəçevirdən mənsəbinə qədər.
Yuxarı axımında dar və dərin dərə ilə axır. Borjomi dərəsi çox dərin və dardır. Kür çayı 55 km məsa fədə bu dərə ilə axır. Orta axımında çay böyük məsəfədə, nisbətən geniş yataqla axır. Tbilisidən sonra dərəsi daha da genişlənir. Minkəçevir yaxınlığında Kür çayı Bozdağ yüksəkliyini yararaq Minkəçevir astanalarını əmələ gətirir.
Orta axımında Kür çayına Baş Qafqazın cənub yamacından axan Liaxva, Araqva, Keani və Minkəçevir dənizi yaradılmamışdan əvvəl isə Qanıx çayı qovuşurdu. Bu çaylardan əlavə sağ tərəfdən Kürə Xrami, Ağstafaçay, Zəyəmçay, Şamxorçay, Gəncəçay, Kürəkçay və s. çaylar tökülür.
Aşağı axımında Kür çayı, Kür-Araz ovalığına çıxır vz əyri-üyrü yataqla axır. Burada çayın yatağı çox yerdə, ətraf sahələrə nisbətən hündürdür. Keçmişdə daşqının qarşısını almaq üçün əhali tərəfindən çay boyunda bəndlər çəkilmişdir. Şirvan düzünə çıxan Türyançay, Kirdimançay və Ağsuçay süni kanallar vasitəsilə Kürə tökülür. Bu hissədə Kürə sağ tərəfdən Kiçik Qafqazın şərq yamacından axan bir sıra çaylar da tökülür. Lakin buçayların bəzisinin (Qoşqarçay, Xaçınçay) suyu yay aylarında az olduğuna görə Kürə çatmır.
Sabirabad rayonu yaxınlıqında. Kür çayı özünün sol qolu olan Arazla birləşir. Bu hissədən aşağı çay çox hamar bir sahə ilə axaraq, öz yatağına çoxlu lil çökdürür. Salyan yaxınlığında yatağı genişlənir, eni 150-160 m-ə çatır. Kür deltası bu sahədən başlayır və burada iki qola ayrılır. 1) Sol (əsas) qol; 2) Sağ qol. Sol qol hazırda Xəzər dənizinə tökülür; sağ qol isə Bala Kür adlanır ki, vaxtilə Qızılağac körfəzinə tökülərdi. Son zamanlar Kürün səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində Bala Kürə su yalnız nasoslar vasitəsilə verilir. Xəritələrdə Bala Kür Akuşa da adlanır.
Kür çayı suyunu müxtəlif mənbədən alır. Axımının 50%-ə qədəri qar, 30%-i yeraltı, 20%-i isə yağış sularından əmələ gəlir. Yaz və yay aylarında qar, yağış suları çayda daşqın əmələ gətirir. Aprel ayından başlayaraq çayın səviyyəsi qalxır, may-iyun aylarında ən yüksək səviyyəyə çatır. Bu dövrdə keçən axım illik axım həcminin 60-70%-ni təşkil edir. Minkəçevir dənizi yaradılmamışdan əvvəl güclü daşqınlar böyük ziyan törədirdi. Minkəçevkr su anbarı tikilib qurtardıqdan sonra daşqın suları dənizə toplanır və Minkəçevir şəhərindən aşağı çayın axımı nizama düşür. Yayda çayın az sulu dövrü başlayır, bu isə az davam edir. Sentyabr-oktyabr aylarında yağıntıların artması ilə əlaqədar olaraq Kürün səviyyəsi yenə də qalxır.
Kürün mənsəb yaxınlığında orta illik su sərfi 580 kub m/san-dir. Bir ildə Xəzər dənizinə 18 kkub m su axı-dır. Minkəçevir yanında orta illik su sərfi 402 kub m/san olur. Minkəçevirdən aşaqı, çayın axımı tənzim edildiyinə görə il ərzində paylanmasında böyük fərq olmur. Qış fəslində Kürün sahilində iynəvarı buzlar əmələ gəlir. Aşağı axımında isə buz örtüyü nadir hallarda olur. Özü ilə böyük həcmdə asılı çöküntülər aparır. Qədim zamanlarda bu çöküntülər Kür-Araz ovalığının əmələ gəlməsinə səbəb olmuşdur. Arazla Kür qovuşduqdan sonra Sabirabad yaxınlığında çay ildə 36,3 mln ton asılı çöküntülər aparırdı. Başqa sözlə, bir ildə Kür hövzəsinin hər bir kvadrat km sahəsindən 205 ton torpaq yuyulub aparılır. Bütün bunların nəticəsində Kür çayının deltası sürətlə böyüyür. Ən çox lillənmə aprel-may, ən az lillənmə isə yanvar-fevral aylarında olur. Suyun minerallaşması Mingəçevirə qədər 200-dən 400 mq/l-ə, ondan aşağıda isə 300-dən 450 mq/l-ə qədər-dir. Ən az minerallaşma yaz-yay daşqınları dövründə, ən çox minerallaşma isə qışda, çay yeraltı sulardan qidalanan zaman olur.
Kür çayının xalq təsərrüfatı əhəmiyyəti olduqca böyükdür. Yevlax şəhərindən çayın mənsəbinə qədər 614 km məsafə gəmiçilik üçün geniş istifadə edilir. Kür çayı böyük enerji ehtiyatına malikdir. Çayın üzərində, Tbilisidən yuxarı Zemo-Avçala, Tbilisidə - Ortaçala, Mingəçevir yanında - Minkəçevir, sağ qol-larından Kəncəçay üzərində - Zurnabad Alazan kanalı üzərində - Alazan su-elektrik stansiyaları tikilmişdir. Çayın üzərində ən böyük qurğu Minkəçevir HES-i və Minkəçevir su qovşağıdır.
Mingəçevirdə tikilən torpaq bəndi Avropada ən yüksək bənd hesab olunur. hündürlüyü 76 m, uzunluğu isə 1800 m-dir. HES-in kücü 360 min kilovatdır. Bir ildə hasil etdiyi elektrik enerjisi 1,4 milyard kvt saata tədərdir.
Minkəçevir su anbarından başlanan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları vasitəsilə Kür-Araz ovalığının 200 min hektar məhsuldar torpaqları suvarılır.