AZƏRBAYCAN ÇAYLARI
Rivers of AzerbaijanRivers of AzerbaijanRivers of Azerbaijan
RIVERS OF AZERBAIJAN      

HOME
 Uzunluq
  • 1000 km-dən yuxarı
  • 1000 km - 100 km
  • 100 km - 50 km
  • 50 km-dən aşağı
  •  Mənsəb
  • Xəzər dənizi
  • Kür çayı
  • Araz çayı
  • Quruyan çaylar
  • A|B|C|Ç|D|E|Ə|G|Ğ|H|X|I|İ|J|K|Q|L|M|N|O|Ö|P|R|S|Ş|T|U|Ü|V|Y|Z  
  • Ayğçay  
  • Astaraçay  
  • Ataçay  
  • Boladıçay  
  • Xəzər dənizinə axan çaylar
    irəli  next

    Ayğçay
    Ağçay Quba və Xaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür. Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 kvadrat km-dir. Mənbəyi Yan silsiləsində Yarımyaylaq dağında 3780 m yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar və yeraltı sulardan əmələ gəlir.

    Orta illik su sərfi 0,60 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 0,24 kq/san, suyunun orta lillənməsi 429 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir. Suvarma işlərində istifadə edilir.


    Astaraçay
    Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 kvadrat km-dir. Başlanğıcını Talış silsiləsində, Şəndan qalası dağından (1817 m yüksəklikdən) alır.Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçay bu hissədən mənsəbə qədər olan məsafədə Azərbaycanla İran arasında dövlət sərhəddi təşkil edir.

    Çayın illik axımının 70%-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axımın 80-85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir.


    Ataçay
    Ataçay Dəvəçi rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 45 km, hövzəsinin sahəsi 34 kvadrat km-dir. Mənbəyini Dübrar dağından (1870 m) alır. Muntyanka və Vərdəxçayın birləşməsindən əmələ gəlir. Suyunun çox hissəsini (80-85%) yağış sularından alır. Güclü yağışlar çayda daşqınlar əmələ gətirir.

    Suvarma işlərində istifadə edilir.


    Boladiçay
    Boladıçay Masalı və Lənkəran rayonlarından axıb Xəzər dənizinə tökülür. Uzunluğu 36 km, hövzəsinin sahəsi 270 kvadrat km-dir. Mənbəyini Burovar silsiləsindən (860 m) başlayır. Yuxarı axımında "Ülümçay", aşağı axımında "Qumbaşı" adlanır.Soldan ona Boradigah (Seydan) çayı (uzunluğu 21 km) tökülür.

    Çayın illik axımının 76%-ni yağış, 24%-ni isə yeraltı sular təşkil edir. Payız və qış fəsillərində yağan yağışlar çayda daşqınlar əmələ gətirir. Bu dövrdə illik axım həcminin 85-90%-i keçir. Yay fəslində çayda suyun miqdarı kəskin surətdə azalır. İllik axımının 28%-i yaz, 5%-i yay, 31%-i payız, 36%-i isə qış fəslində axıb keçir. Suyundan suvarmada geniş istifadə edilir.

    Tövsiyələrinizi Veb-Mastera yollayın